SEANSLARIN LƏĞVİ VƏ ÖDƏNİŞİN GERİ QAYTARILMASI SİYASƏTİ
(REFUND POLICY) "NəOldu" Platforması (neoldu.me)
1. Ümumi müddəalar
1.1. Bu “SEANSLARIN LƏĞVİ VƏ ÖDƏNİŞİN GERİ QAYTARILMASI SİYASƏTİ (REFUND POLICY)” (bundan sonra - "Siyasət") "NəOldu" Platformasının (NeOldu MMC) İctimai Ofertası (İstifadəçi Razılaşması) sənədinin ayrılmaz hissəsidir.
1.2. Bu Siyasət ödənilmiş psixoloji konsultasiyaların (seansların) ləğvi, vaxtının dəyişdirilməsi və ya texniki nasazlıqların yaranması hallarında İstifadəçi ilə Platforma arasındakı maliyyə münasibətlərini tənzimləyir.
1.3. Platforma yalnız texnoloji vasitəçi (marketplace) rolunda çıxış edir və İstifadəçi ilə Mütəxəssis arasında təşkil edilən konsultasiya xidmətinin göstərilməsini texniki cəhətdən təmin edir. Bu səbəbdən Platforma tərəfindən geri qaytarma qərarları bu Siyasətə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq qəbul edilir.
1.4. İstifadəçi Platformada seans üçün ödəniş etməklə bu Siyasət ilə tam və qeyd-şərtsiz razılaşdığını təsdiq edir.
2. Seansın İstifadəçinin təşəbbüsü ilə ləğv edilməsi
Seans İstifadəçi tərəfindən Platformadakı şəxsi kabinet vasitəsilə ləğv edildikdə aşağıdakı geri qaytarma qaydaları tətbiq olunur:
2.1. Təyin olunmuş seansın başlamasına 24 saatdan çox qalmış ləğv edildikdə: Platforma ödənilmiş məbləğin 100%-ni (bankın/ödəniş sisteminin ekvayerinq və tranzaksiya komissiyası çıxılmaqla) geri qaytarır.
2.2. Seansın başlamasına 24 saatdan az qalmış ləğv edildikdə və ya xəbərdarlıq edilmədən seansa qoşulmadıqda: vəsait geri qaytarılmır (0%). Ödənilmiş məbləğ rezerv edilmiş iş vaxtına görə Psixoloqa kompensasiya qismində tutulur.
2.3. İstifadəçi seansın vaxtını dəyişmək (reschedule) hüququna malikdir, lakin bu yalnız seansın başlanmasına ən azı 24 saat qalmış həyata keçirilə bilər. Bu müddətdən sonra vaxtın dəyişdirilməsi Psixoloqun razılığı ilə mümkündür.
3. Seansın Psixoloqun və ya Platformanın təşəbbüsü ilə ləğv edilməsi
3.1. Psixoloq seansa qoşulmadıqda və ya seans Psixoloqun təşəbbüsü ilə ləğv edildikdə, İstifadəçi aşağıdakı hüquqlardan birini seçə bilər:
3.1.1. Ödənilmiş vəsaitin 100% tam həcmdə geri qaytarılması;
3.1.2. Eyni və ya alternativ Psixoloqla seansın başqa uyğun vaxta keçirilməsi.
3.2. Seans Platformanın serverlərində sübuta yetirilmiş texniki nasazlıq səbəbindən baş tutmadıqda, İstifadəçiyə vəsaitin 100% geri qaytarılmasına və ya seansın vaxtının dəyişdirilməsinə zəmanət verilir.
3.3. Texniki nasazlığın səbəbinin müəyyən edilməsi Platformanın texniki logları və sistem məlumatları əsasında həyata keçirilir.
4. Vəsaitin geri qaytarılmadığı hallar (İstisnalar)
Platforma aşağıdakı hallarda vəsaitin geri qaytarılmasından imtina edir:
4.1. İstifadəçinin gecikməsi: İstifadəçi gecikdikdə seansın vaxtı uzadılmır. Əgər İstifadəçi 20 dəqiqədən çox gecikərsə, seans başa çatmış, xidmət isə göstərilmiş hesab olunur və vəsait geri qaytarılmır.
4.2. İstifadəçinin texniki problemləri: Seans İstifadəçi tərəfində internet bağlantısının olmaması/kəsilməsi, mikrofonun, kameranın və ya digər avadanlığın nasazlığı səbəbindən pozularsa.
4.3. Subyektiv narazılıq: Psixoloji konsultasiyanın ölçülə bilən nəticə zəmanəti yoxdur. Seansdan gözlənilən həyat təsirinin olmaması, Psixoloqun iş metodları ilə razılaşmamaq,şəxsi antipatiya və ya digər subyektiv səbəblər keçirilmiş seans üçün vəsaitin geri qaytarılmasına əsas vermir.
4.4. Qaydaların pozulması: Əgər Psixoloq İstifadəçinin alkoqol/narkotik sərxoşluğu vəziyyətində olması, təhqiramiz davranışı, qeyri-adekvat və ya qeyri-etik hərəkətlərisəbəbindən seansı dayandırarsa, ödəniş geri qaytarılmır.
4.5. Sui-istifadə halları: Platforma refund mexanizmindən sistematik və ya qərəzli məqsədlərlə istifadə edildiyini, o cümlədən eyni İstifadəçi tərəfindən əsassız və ya təkrarlanan geri qaytarma tələblərinin verildiyini müəyyən etdikdə, müvafiq geri qaytarma tələblərini rədd etmək və istifadəçi hesabına məhdudiyyət tətbiq etmək hüququna malikdir.
4.6. Şübhəli və ya icazəsiz ödəniş əməliyyatları**:** Ödəniş əməliyyatının saxtakarlıq əlamətləri daşıdığı, icazəsiz kart istifadəsi, üçüncü şəxslərin bank rekvizitlərindən istifadə, şübhəli tranzaksiyalar və ya ödəniş sistemlərinin təhlükəsizlik qaydalarının pozulması ehtimalı müəyyən edildiyi hallarda Platforma müvafiq ödəniş üzrə geri qaytarma prosesini araşdırma başa çatanadək dayandırmaq və ya geri qaytarmadan imtina etmək hüququna malikdir.
5. Geri qaytarmanın rəsmiləşdirilməsi qaydası və müddətləri
5.1. Vəsaitin geri qaytarılması ilə bağlı müraciətlər (araşdırma tələb edən hallarda) elektron formada Platformanın dəstək xidmətinə bu ünvan vasitəsilə qəbul edilir: support@neoldu.me.
5.2. İstifadəçinin müraciətinə baxılma müddəti 3 (üç) iş gününədək təşkil edir.
5.3. Platforma zərurət yarandıqda araşdırma aparmaq üçün İstifadəçidən əlavə məlumat və ya sübutlar tələb etmək hüququna malikdir.
5.4. AML qaydası (Çirkli pulların yuyulmasına qarşı mübarizə): Təsdiq edilmiş pul vəsaitlərinin geri qaytarılması qəti şəkildə ilkin ödənişin edildiyi eyni bank kartına həyata keçirilir. Vəsaitin nağd şəkildə və ya üçüncü şəxslərin rekvizitlərinə qaytarılmasına qətiyyən yol verilmir.
5.5. Mədaxil müddətləri: Platforma tərəfindən geri qaytarma prosesi başladıldıqdan sonra vəsaitin İstifadəçinin kartına faktiki mədaxil olunma müddəti emitent bankın və ödəniş sistemlərinin qaydalarından asılıdır (adətən 3-dən 14 iş gününədək təşkil edir). Platforma bank və ya ödəniş sistemi tərəfindən yaranan gecikmələrə görə məsuliyyət daşımır.
5.6. Valyuta və komissiya fərqləri: Ödəniş və geri qaytarma zamanı bank və ya ödəniş sistemləri tərəfindən tətbiq olunan konvertasiya fərqləri və əlavə komissiyalar Platformanın məsuliyyətinə aid edilmir.
6. Fors-major halları
6.1. Tərəflərin iradəsindən asılı olmayan fövqəladə hallar (fors-major) – təbii fəlakətlər, kütləvi internet və ya enerji kəsilməsi, müharibə, dövlət qərarları və digər oxşar hallar nəticəsində seansın baş tutmaması Platformanın məsuliyyəti hesab edilmir.
6.2. Bu hallarda tərəflər seansın yeni vaxta keçirilməsi barədə razılığa gələ bilərlər.
7. Digər müddəalar
7.1. Bu sənəd Azərbaycan dilində tərtib edilmişdir. Sənədin digər dillərə (o cümlədən rus və ingilis dillərinə) tərcümələri yalnız məlumat xarakteri daşıyır. Sənədin müxtəlif dillərdə olan mətnləri arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq yarandığı halda, Azərbaycan dilində olan mətn üstün hüquqi qüvvəyə malikdir.